30 Noyabr 2020 17:16
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər naziri, general-plkovnik Vilayət Eyvazovun əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib.

Teleqraf.com-un qərb mərkəzinin verdiyi məlumata əsasən, polis general-mayoru Teymur Hacıyev Gəncə şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

Yeni rəis xidmət dövründə bir sıra vəzifələrdə çalışıb. Daha öncə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini olub.

Məlumat üçün bildirək ki, Gəncə şəhər Baş Polis İdarəsinin sabiq rəisi Əkbər İsamayılov bu günlərdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.


Müəllif: Teleqraf.com