2 Dekabr 2020 00:14
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən sonra Kürdəmir rayonunda bayram yaşanıb.

Teleqraf.com xəbər verir ki, Laçının işğaldan azad olma xəbərini eşidən rayon gəncləri avtoyürüş edərək əllərində üç rəngli bayraqlarımızı dalğalandırdılar. Əvvəlcə onlar rayonun küçə və prospektlərini gəzib dolaşdılar, sonra isə gənclər Şəhidlər Xiyabanına gələrək orada uyuyan şəhidlərimizi ziyarət edib ruhlarına dua etdilər.

Bundan sonra onlar “Yaşasın Ali Baş Komandan” “Laçın Azərbaycandır” “Eşq olsun Ordumuza” şüarları ilə avtomobil karvanı ilə rayonun küçələrini gəzib dolaşdılar. Bundan başqa, Kürdəmirdə məskunlaşan Laçın rayonundan olan 136 ailədə sevincin həddi-hüdudu yox idi.

Onlar Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini və sevgilərini bildiriblər. Artıq onlar yaxın vaxtlarda oz doğma yurd-yuvalarına köçəcəkləri günü səbirsizliklə gözləyirlər.Yaşasın Ali Baş Komandan. Qarabağ Azərbaycandır!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər