20 Oktyabr 2014 14:25
1 199
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kitabım.az marketində psixoloq Narınc Rüstəmovanın “Uşaq Psixologiyası” adlı kitabının təqdimat mərasimi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə “Psixologiya və Konsultasiya Mərkəzi”nin rəhbəri, psixoloq Elnur Rüstəmov, “Düşüncə jurnalı”nın baş redaktoru Vüsalə Ələkbərova, kitabın yazılmasına rəy verən şəxslərdən – Azərbaycan Tibb Universitenin Psixiatriya kafedrasının dossenti Araz Manuçehri Laleli, və psixologiya üzrə fəlsəfə elmləri doktoru Rühəngiz Qarayeva, “Nitq İnkişaf Mərkəzi”nin rəhbəri Esmira Kazımova, “Aida Uşaq Psixologiya Mərkəzi”nin rəhbəri Aida Nəbiyeva, “Ritm Danışma Mərkəzi”nin rəhbəri Şəlalə Quliyeva və mərkəzin baş psixoloqu Qarayeva Samirə, “Buta Uşaq İnkişaf Mərkəzi”nin rəhbəri Günay Ağamalıyeva, “Psixologiya və Konsultasiya Mərkəzi”nin klinik psixoloqu Orxan Fərəcli, yazıçı-kulturoloq Aydın Xan Əbilov, yazıçı-dramaturq Elnurə Ayxan, övladları ilə birgə valideynlər, gənclər, tələbələr və media nümayəndələri iştirak edib.

Tədbir psixoloq Elnur Rüstəmovun açılış nitqi ilə başlayıb.

Daha sonra çıxış edən qonaqlar kitabın validyenlər üçün uğurlu və əvəzsiz bir vasitrə olduğunu və Azərbaycan psixoloji ədəbiyyatında özünəməxsus yer tutacağını vurğulayıblar.

Sonda Narınc Rüstəmova müəlliflik etdiyi kitabın təqdimat mərasimini təşkil edən və kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

İlhamə


Müəllif:

Oxşar xəbərlər