20 Oktyabr 2014 15:37
922
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə start verilən “Talassemiyasız həyat naminə” proqramını dəstəkləyənlər sırasında Dövlət Neft Şirkəti (ARDNŞ) də var.

Şirkətin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, layihənin həyata keçirilməsinin təşkilatçılarından olan Azərbaycan Talassemiya Federasiyası və Bahadır Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu ilə talassemiyalı uşaqlara yardım etmək üçün “Donor günü”nün keçirilməsi ilə bağlı səmərəli əməkdaşlıq əlaqələri qurulub. Bu il hazırlanmış qrafikə uyğun olaraq ARDNŞ-nin bütün struktur bölmələrinə daxil olan idarə və müəssisələrdə çalışan 5 min nəfərdən artıq əməkdaşın kampaniyada könüllü iştirakı nəzərdə tutulur. Bu xeyirxah işə ilk olaraq oktyabrın 20-də ARDNŞ-nin Baş ofisində start verilib.

ARDNŞ-nin Baş ofisinin və Sərmayələr İdarəsinin 60-dan çox əməkdaşı talassemiyadan əziyət çəkən uşaqlara qan vermək üçün “Donor günü”ndə fəal iştirak ediblər. Aksiya ümumilikdə 2015-ci il aprelin 24-dək davam edəcək və şirkətin bütün idarə və müəssisələrini əhatə edəcək.

Qeyd edək ki, 2009-cu ildən etibarən ARDNŞ-nin çoxminli kollektivi hər il könüllü olaraq talassemiyalı uşaqlara yardım etmək üçün qanvermə aksiyasında iştirak edirlər. Belə ki, 2009-cu ildə 3000 nəfər, 2010-cu ildə 5000 nəfər, 2011-ci ildə 4500 nəfər, 2012-ci ildə 4400 nəfər və 2013-cü ildə isə 5700 nəfər neft sənayesi işçiləri donorluq edərək qan xəstəliyinə tutulmuş insanlara köməklik göstərib.

Naibə


Müəllif:

Oxşar xəbərlər