8 Dekabr 2020 12:01
15 889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhid ailələri və yaralalılara dəstək üçün “YAŞAT” Fondu yaradılıb.

Teleqraf.com-un məlumatına görə, Şəhid ailələri və yaralalılar elektron qaydada fonda müraciət edə biləcəklər.

“YAŞAT” Fonduna müraciətlərin qəbulu və ehtiyacların prioritetləşdirilməsi qaydaları:

Fond tərəfindən şəxsə əlavə dəstək onun müraciəti əsasında göstərilir.

Şəxsin müraciəti elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir. Müraciətlərin elektron qaydada formalaşdırılması ilə bağlı könüllülər müraciət edən şəxsə yardım göstərirlər.

Fonda edilən müraciətlər, ehtiyacların prioritetliyi nəzərə alınmaqla, Dövlət Agentliyinin (Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi) bu məqsədlə yaratdığı informasiya sistemində növbəlilik prinsipi ilə sıralanır. Ehtiyacların prioritetliyi müvafiq dövlət orqanlarından (qurumlarından) və müraciət edən şəxsdən əldə edilmiş məlumatlar nəzərə alınmaqla, aşağıdakı meyarlar əsasında Dövlət Agentliyinin müəyyən etdiyi əmsallara uyğun olaraq qiymətləndirilir:

Bu Qaydanın 2.5-ci bəndinə müvafiq ehtiyac istiqaməti;

müraciətin ilkin və ya təkrar olması;

müraciət edən şəxsin maddi vəziyyəti, orta aylıq gəliri;

himayəsində azyaşlı uşağın olması;

ailədə əmək qabiliyyətli şəxslərin sayı;

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar dövlət təltiflərinin olması;

dövlət tərəfindən digər dəstək tədbirlərinin göstərilməsi.

Müraciətlərə baxılma qaydası və dəstək göstərilməsi müddəti

Dövlət Agentliyi daxil olan müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxır və nəticəsi barədə müraciət edən şəxsə bildiriş göndərir.

Şəxsə dəstək göstərilməsi barədə qərar qəbul edildikdən sonra 10 iş günü müddətində maliyyə yardımı müraciət edən şəxsə bank vasitəsilə təqdim olunur.

Eyni müraciətlə bağlı Fondun vəsaiti hesabına və ya müvafiq dövlət orqanının (qurumunun) əvvəllər yardım etdiyi, habelə müraciətdə göstərilən dəstəyin verilməsi üçün Fondun balansında kifayət qədər vəsait olmadığı hallarda, müraciət edən şəxsin razılığı ilə alternativ maliyyələşdirmə üsulu tətbiq olunur. Alternativ maliyyələşdirmə üçün şəxsin müraciəti Fondun rəsmi internet səhifəsində yerləşdirilir və onun fiziki və ya hüquqi şəxslər tərəfindən maliyyələşdirilməsinə imkan yaradılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər