3 dekabr "Əlillər günü" münasibətilə "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin təşəbbüsü ilə birliyin əsas binasında tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə 120 nəfər şəhid ailəsinə, Qarabağ əlillərinə ərzaq sovqatları çatdırıldı. Beynəlxalq aləmdə əlillərə qayğı və diqqət artırılıb. Onların hüquqlarının qorunması sahəsində bir sıra tədbirlər həyata keçirilib. Onlardan ən mühümü BMT tərəfindən 1983-1992-ci illərdə həyata keçirilmiş Əlillər Onilliyidir. 1992-ci il oktyabrın 14-də Onilliyin başa çatması münasibətilə BMT Baş Məclisi dekabrın 3-nü "Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması haqqında Bəyannamə qəbul etmişdir. Bu günün məqsədi cəmiyyəti əlillik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır.
"Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai birliyinin iş mexanizmi bu qətnamənin prinsiplərinə xidmət edir. Birliyə üzv olan minlərlə şəhid ailələrinin , Qarabağ əlillərinin, qazilərin və veteranların hüquqlarını müdafiə edir, maddi və mənəvi dəstək göstərir, qarşılaşdıqları tıbbı və sosial problemlərin həllində yardımçı olur. Əlillərə diqqət və qayğı göstərmək hər bir fiziki cəhətdən sağlam olan insanların borcudur.