20 Oktyabr 2014 21:09
833
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ilk dəfə “Zərdab rayonu: Regional İnnovasiya Proqramı (2014-2018-ci illər)” hazırlanıb. Proqram Zərdab rayon İcra Hakimiyyətinin müraciəti əsasında Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzinin (EİM) mütəxəssisləri tərəfindən tərtib edilib.

Teleqraf.com xəbər verir ki, EİM-dən verilən məlumata görə, proqram “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının; Azərbaycan Respublikasında elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi Dövlət Proqramı; “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına uyğun tərtib edilib.


Proqramda Zərdab rayonunun coğrafi-iqtisadi və sosial xarakteristikası, rayonun sosial-iqtisadi sisteminə daxil olan sahələrin innovasiya fəaliyyətinin genişləndirilməsi üzrə kompleks xarakterli tədbirlər işlənilib, sosial-iqtisadi və innovativ inkişafı xarakterizə edən göstəricilərin proqnozu verilib.

Qeyd edək ki, kitab şəklində hazırlanan proqramın bu günlərdə Elmi İnnovasiyalar Mərkəzində təqdimatı keçirilib. Proqramı iqtisad elmləri doktoru, professor Təbriz Əliyev təqdim edib.

Tədbirdə EİM-in rəhbərliyi və Zərdab rayon İcra Hakimiyyətinin başçısı, iqtisad üzrə fəlsəfə doktoru Lütfəli Babayev iştirak ediblər.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər