8 Dekabr 2020 17:09
367
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Lənkəran şəhərində bir qrup şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillərlə təmin edilib.

ƏƏSMN-dən Teleqraf.com-a rend-ə verilən məlumata görə, tədbirdə Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev iştirak ediblər.

Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun cəmi 44 gün ərzində möhtəşəm qələbə əldə etməsindən, misilsiz rəşadətindən, Ermənistan ordusuna sarsıdıcı zərbələr vurmasından, ərazilərimizi işğaldan azad etməsindən qürurla bəhs ediblər. Bildiriblər ki, bu tarixi Zəfərlə Azərbaycan öz gücünü, qüdrətini, xalqımız sarsılmaz birliyini dünyaya nümayiş etdirdi. Gələcək nəsillər də daim bu qələbəmizlə fəxr edəcəklər.

Diqqətə çatdırılıb ki, mühüm sosial proqramlardan biri də şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, onların yeni mənzillərlə təmin olunmasına yönəlib. Onlara 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626, ötən il 934 mənzil və fərdi ev verilib.

Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə bu göstəricinin rekord səviyyəyə, yəni 1500-ə çatdırılması həmin kateqoriyalardan olan vətəndaşlara qayğının daim artmaqda olduğunu, sosial proqramların ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirildiyini göstərir. Onlardan 1050-dən çoxu artıq təqdim edilib.

Ümumilikdə isə şəhid ailələrinə və müharibə əlillərinə indiyədək 9000-ə yaxın mənzil və fərdi ev verilib.

Dövlət başçısının onların sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yaxşılaşdırılmasına xüsusi qayğısını vurğulayan şəhid ailələrinin üzvləri və müharibə əlilləri bu gün mənzillər və fərdi evlə təmin edilmələrindən sevinc hissi keçirdiklərini bildiriblər. Onlar bu yüksək qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər