20 Oktyabr 2014 17:29
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi Astara Rayon İcra Hakimiyyətində "Fövqəladə halların proqnozlaşdırılması, eləcə də fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində FHN-in Cənub Regional Mərkəzi ilə yerli qurumlar arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi" mövzusunda seminar-müşavirə keçirlib.

Teleqraf.com xəbər verir ki, seminar-müşavirənin keçirilməsində əsas məqsəd ehtimal olunan fövqəladə halların qarşısının alınması, habelə rayonda fəaliyyət göstərən xidmət sahələri, müvafiq idarə və müəssisələr ilə FHN-in regionda fəaliyyət göstərən qurumları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi olub.
“Regionda baş verə biləcək fövqəladə halların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması zamanı FHN-in Cənub Regional Mərkəzi ilə rayonun yerli qurumları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi", “Fövqəladə hallar, onların yaranma səbəbləri və mühafizə üsulları”, “Yanğının baş vermə amilləri, ona qarşı mübarizə tədbirləri, idarə və müəssisələrin təxliyə planlarının hazırlanması”, “Hansı hadisələr baş verdikdə “112” qaynar telefon xəttinə zəng etmək olar?” və “Məişət elektrik cihazlarından istifadə edərkən təhlükəsizliyi necə təmin etməli?” mövzularında çıxışlar edən natiqlər çıxış ediblər.

Tədbirin sonunda “Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin fəaliyyət istiqamətləri”, “Meşə və meşə zolaqlarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edin!”, “İdarə və müəssisələrdə yanğın təhlükəsizliyi” mövzularında hazırlanmış xəbərdarlıq vərəqələri və yaddaş kitabçaları tədbir iştirakçılarına paylanılıb.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər