Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə COVID-19 infeksiyasına yoluxmuş daha 2 nəfər rayon sakininin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Cəlilabad rayon sakinləri - N.Mirələmov və S.Məmmədova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə əsasan ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb
Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib və onlar ictimai yerlərdə aşkarlanaraq yaşadıqları ünvanlara geri qaytarılıblar.
Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.