AMEA Rəyasət Heyətinin qərarı ilə filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli AMEA Əlyazmalar İnstitutuna Elmi işlər üzrə direktor müavini təyin edilib.
Teleqraf.com-a bu barədə institutun ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda bildirlir ki, oktyabrın 20-də AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli və Əlyazmalar İnstitutnun direktoru, akademik Teymur Kərimli Aybəniz Əliyeva-Kəngərlini kollektivə təqdim ediblər.
Qeyd edək ki, Aybəniz Əliyeva-Kəngərli bundan öncə AMEA Mərkəzi Elmi Kitabxanasına rəhbərlik edib.
NİGAR