11 Dekabr 2020 22:52
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Şəmkir Regional Mədəniyyət İdarəsinə rəis təyin edib.

Teleqraf.com xəbər verir ki, bu vəzifəyə Zöhrab Məmməd oğlu Adıgözəlov təyin olunub.

Bildirək ki, Z.Adıgözəlov ilkin olaraq sınaq müddəti ilə yeni vəzifəni icra edəcək.

O, daha öncə Gəncə Regional Mədəniyyət İdarəsinin Naftalan şəhər şöbəsində baş məsləhətçi kimi çalışıb.

Xatırladaq ki, Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Höccət Əsədullayev olub.


Müəllif: Teleqraf.com