Dekabrın 12-si xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım günüdür.
Dünya tarixi sübut edib ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.
Belə bir şəxsiyyəti anmaq, yad etmək üçün "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin idarə heyəti və birliyin fəxri üzvləri tərəfindən anım mərasimi keçirilib.
Anım mərasimində "Vətən Müharibəsi Əlillərinə Kömək " İctimai Birliyinin sədri Qurban Məmmədov Ümummilli Liderin müstəqillik, yaradıcılıq, quruculuq ideyaları, həmçinin bu ideyaların Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu davamı tədbir iştirakçıları üçün nümunə gətirib və hər kəsi xalqımızın davamlı inkişaf strategiyasına bu istiqamətdən yanaşaraq töhfə verməyə çağırıb.
Sonda bütün tədbir iştirakşıları Fəxri Xiyabana gedərək ziyarəti davam etdirib. Ulu öndərin büstü önünə əklil qoyulub, tər qərənfillər düzülüb və dualar oxunub.