Dünyanın bir nömrəli probleminə çevrilən COVID-19 pandemiyası davam edir. İnfeksion xəstəlikləri başqalarəndan fərqləndirən mikroorqanizmlərdir. Hər bir mikroorqanizmin yoluxuculuq qabiliyyəti həssas orqanizmdə baş verir.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarəetmə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"COVID-19 əvvəllər heyvanlarda xəstəlik törətsə də, indi insanlar arasında da yayılıb. Əgər müalicə üçün antimikrob maddə yoxdursa, xəstəliklə mübarizdə tək yol profilaktikadır.
Profilaktika iki yerə ayrılır - spesifik və qeyri-spesifik profilaktika. Qeyri-spesifik profilaktika maska və gigiyena qaydalarına riayət, spesifik profilaktika isə vaksinasiyadır. İmmunitet sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticismlər yaradır. Yaxud hüceyrə immuniteti, yəni T limositləri vasitəsilə virusu məhv edir. Biz əgər vaksindən istifadə ediriksə, bunalardan biri yaranır. Vaksinasiya müalicə dövründə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından bildirir".
O bildirib ki, müasir peyvəndlər bəşər tarixində milyonlarla insanın həyatını xilas edib: "Vaksinlər icad olunana qədər dünyamız indikindən qat-qat təhlükəli idi. Biz bu gün vaksinlərin icadından sonra daha güvənli dünyada yaşayırıq. Vaksinlər sayəsində onlarla xəstəlik ləğv edilmək üzrədir"