15 Dekabr 2020 15:23
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəsüf ki, bu gün yeni COVID-19 virusu ilə mübarizə aparmaqdayıq. Bu virus hüceyrələri orqanizmə spike proteini ilə bağlanır.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarəetmə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Virus mutasiyaya uğrayaraq bütün orqanizm hüceyrələrində çoxalır. Virusa yoluxmuş hüceyrə ilə insan orqanizmi mübarizəyə başlayır və o, hüceyrəni dağıtmağa çalışır. Virusun potogenizinə qarşı anticisim maddələrini orqanizmdə artıra bilsək, virusla mübarizə apara bilərik".

Ramin Bayramlı bildirib ki, COVID-19-un dərmanla mübarizəsi daha uzun illər tələb edir: "Hazırda virusla mübarizədə tətbiq etdiyimiz sərt karantin çox baha başa gəlir və sosial-psixoloji təsiri səbəbindən uzun müddət davam edə bilməz. Bu baxımdan ən uyğun mübarizə metodu vaksinasiyadır və vaksinasiya da üç mərhələli şəkildə aparılır.

Bu gün bir xəstənin həyatını xilas etmək üçün reanimasiyada bəzən 5-7-10 mütəxəssis çalışır. Dünyada 73 milyon yoluxma, 2 milyona yaxın ölüm, 50 milyona yaxın sağalma var.

Ölkəmizdə xəstəliyin ikinci dalğasında çətin vəziyyətlə qarşılaşırıq. Bu gün gündəlk 4000 yoluxma ilə mübarizə apara bilirik. Vaksinin ən əhəmiyyətli məqamı isə təsirinin uzaq nəticələrinin təhlükəsiz olmasıdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər