Hazırda klinik sınaqlar mərhələsində olan 30 vaksindən cəmi 7-si üçüncü sınaq fazasındadır.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarəetmə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Vaksinlər barədə çox ümidverici xəbərlər var. Vaksinlərlə bağlı müxtəlif ölkələrdən təkliflər gəlir.
Almaniya/ABŞ tərəfindən hazırlanan "BionTexh/Pfizer" vaksininin saxlanması çətindir. Onun effektivliyi 95 faizdir. Digəri Rusiya "Sputnik V" vaksini 92 faiz effektivdir. ABŞ-ın "Moderna" vaksininin effektivliyi isə 95 faizdir.
"Oxford-Astarazenecra" 70 faiz effektivdir. Çinin "Sinovac" vaksininin effektivliyi 95 faizdir.
Bu vaksinlərdən "Sinovac" bizə məlum olan ənənəvi üsullarla hazırlanıb. Ənənəvi vaksinlərlə ağır xəstəlikdən milyonlarla insan xilas olub".