17 Dekabr 2020 23:52
394
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ali Məhkəmənin hakimi İnqilab Nəsirov yeni növ koronavirus infeksiyasına yoluxub.

Teleqraf.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa özünün sosial şəbəkə hesabında yazıb.

“Qrup yoldaşımız və dostumuz, Ali Məhkəmənin hakimi İnqilab Nəsirov iki həftədir ki, xəstəxanada koronavirus yoluxmasından müalicə alır və sağlıq durumu çox ağırdır. Dualarımız onunladır və ümid edirik ki, Allahın mərhəməti üzərində olacaqdır”, F. Mustafa bildirib.

Qeyd edək ki, İnqilab Nəsirov 2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər