21 Dekabr 2020 09:05
1 316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyada yayılan mutasiyaya uğramış yeni COVID-19 virusunun vaksinə tabe olub-olmayacağı sualına cavab axtarılır.

Teleqraf.com xəbər verir ki, Almaniyanın Səhiyyə naziri Yens Şpan Avropa Birliyindəki mütəxəssislərin mutasiya uğramış yeni növ virusa vaksinin təsir edəcəyinə inanadıqlarını bildirib: "İndiyədək mutasiya etmiş bütün COVID-19 növlərini vaksin zərərsizləşdirə bilib. Bu dəfə də eyni şəkildə olacağını söyləyə bilərik".

Qeyd edək ki, Böyük Britaniyada koronavirusun mutasiyaya uğramış yeni forması aşkarlanıb. Bundan sonra Avropa Birliyinin azı 14 üzv dövləti də daxil olmaqla, dünyanın onlarla ölkəsi Birləşmiş Krallıqla nəqliyyat əlaqələrini kəsməyə və ya məhdudlaşdırmağa qərar veriblər.


Müəllif: Mahir

Oxşar xəbərlər