21 Dekabr 2020 17:16
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1505 yeni yoluxma faktı qeydə alınıb, 3028 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 43 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 203 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 142 807 nəfər müalicə olunaraq sağalıb, 2 253 nəfər vəfat edib, aktiv xəstə sayı 58 533 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 383 , bu günə qədər isə ümumilikdə 2 073 137 test icra olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər