Gənc tədqiqatçı Cavid Mehrəliyevin “Nurlar” nəşriyyatından “Əski Əhəməni yazısı” adlı kitabı çap olunub.
Azərbaycan tarixşünaslığına yenilik gətirəcək bu kitabda Avropa (ingilis, alman, fransız) və ABŞ qaynaqlarından istifadə olunub.
Müəllifin Teleqraf.com-a verdiyi məlumata görə, kitab saxta İran tarixşünaslığına zərbə olacaq:
“Kitab oriental-antik tarixşünaslıqda bir yenilikdir, iki əsrdir daşlaşmış ari irqçiliyini sarsıdacaqdır. Artıq bizim tarixçilərimiz də mixi yazıları öyrənəcək, əski mətnləri oxuya biləcəklər. Kitabın yazılmasında Avropanın və ABŞ-ın ən sanballı ingilis, fransız, almandilli ədəbiyyatlarından yararlanmışıq”.
Qeyd edək ki, tarixçi Cavid Mehrəliyev Azərbaycanda əski mixi mətnləri oxuya bilən nadir tədqiqatçılardandır.
Bəkir