Mərkəzi Seçki Komissiyasının bugünki iclasında Azərbaycanda bələdiyyə seçkilərinin günü ilə bağlı müzakirələr aparılıb.
Teleqraf.com xəbər verir ki, MSK sədri Məzahir Pənahov seçkilərin günü ilə bağlı məlumat verib.
Seçki Məcəlləsinin seçki günü ilə bağlı müvafiq maddələrinə toxunan M.Pənahov bildirib ki, həmin maddəyə görə, bələdiyyə seçkiləri səsvermə gününə azı 60 gün qalmış elan olunmalıdır: “Bildiyimiz kimi, sonuncu seçkilər 2009-cu il dekabrın 23-də olub. Bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Əhalinin sayından asılı olaraq 5, 7, 9, 11, 13, 15, 17, 19 bələdiyyə üzvü seçilə bilər. Hazırda bələdiyyələrin sayı 1607 bələdiyyəyə enib. Və bu il bu qədər bələdiyyəyə seçkilər keçirilib. Bu il bələdiyyə seçkiləri dekabrın 23-nə təyin edilməlidir. Çünki, bu gün çərşənbə gününə düşür”.
MSK sədrinin təklifi ilə seçkilər günü dekabrın 23-nə təyin edilib.
Səxavət