4 May 2014 23:52
1 176
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın dağlıq ərazisində baş verən torpaq sürüşməsi nəticəsində xilasetmə işləri aparılarkən, yenidən torpaq sürüşməsi baş verib. Daha 600 nəfərin itkin düşdüyü bildirilir.

Sürüşməyə son günlər ölkə ərazisində intensiv yağan leysan yağışlar və daşqınlar səbəb olub. Bir anın içində kütləvi məzarlığa çevrilən Bədəxşan əyalətindən əhalinin köçürüləcəyi bildirilir. Bu gün Əfqanıstanda milli natəm günü elan olunub.

Azərbaycan Əfqanıstana humanitar yardım göndərib.

2 mindən çox insanın bir anın işində yerin təkinə getməsinə Azərbaycan da biganə qala bilmədi. Prezident İlham Əliyevin sərəncanı ilə bölgəyə humanitar yardım göndərilib.

Əfqanıstanda baş verən sürüşmə nəticəsində ölkədə yaşanan acınacaqlı vəziyyətlə əlaqədar Azərbaycan hökuməti bu ölkəyə humanitar yardım göndərib. Prezidentin sərəncamı ilə təbii fəlakətin fəsadlarından əziyyət çəkən insanlara təxminən 200 min manat dəyərində yardım bağlamaları yola salınıb. FHN-nin Mülki Müdafiə Qoşunlarının komandanı İlham Abdullayevin bildirdiyinə görə, ümumi çəkisi 122 ton olan humanitar yardıma əsasən düyü, makaron, yağ, qənd, çay və s. mallar daxildir.

Bu gün təxminən günorta saat 2-də H.Əliyev adına hava limanından təyyarə Əfqanıstana yola salınıb.

Ötən gün Əfqanıstanın dağlıq əyalətində leysan yağışlarından sonra baş verən torpaq sürüşməsi nəticəsində 2100 nəfərin öldüyü, 2500-ə nəfərə yaxın insanın isə itkin düşdüyü bildirilir. Təxliyyə edilən digər insanların isə humanitar yardıma ehtiyac duyduqları kadrlardan da aydın hiss olunur.


Müəllif: