Dövlət Gömrük Komitəsi (DGK) 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinə gömrük daxilolmaları üzrə proqnozu 101,5 faiz yerinə yetirib.
Teleqraf.com-un məlumatına görə, bunu Komitənin sədri Səfər Mehdiyev deyib.
O bildirib ki, bu günədək gömrük orqanları tərəfindən dövlət büdcəsinə 3,887 milyard manat məbləğində vergi və gömrük rüsumu daxil edilib.
İlin əvvəlində bu göstərici 3,83 milyard manat məbləğində proqnozlaşdırılırdı.