26 Dekabr 2020 13:36
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Füzuli istiqamətində gedən döyüşlərdə yaralanan Rahmanov Azər Xanoğlan oğlunun ailəsi ilə görüşüblər.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Cəlilabadın Göytəpə qəsəbəsində yaşayan ailə 3 nəfərdən (əsgərin özü, anası və qardaşı) ibarətdir.

Azərin anası hazırda işləyir, qardaşı 26 yaşlı Rəfael də Bakıdakı şirkətlərin birində çalışır.

Azərin əlillik dərəcəsinin qiymətləndiriləcəyi və əlillik təyinatı aparıldığı halda onun nazirlik tərəfindən aylıq sosial ödənişlərlə və reabilitasiya xidmətləri ilə təmin olunacağı, digər sosial dəstək tədbirləri ilə əhatə olunacağı barədə ailəyə məlumat verilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər