26 Dekabr 2020 14:13
397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, zirehli texnikanın tətbiqi üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələrində döyüş hazırlığı üzrə dərslər keçirilir.

Bu barədə Teleqraf.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

Praktiki dərslər zamanı hərbi qulluqçular sıra hazırlığı üzrə məşqlərə cəlb olunur, simulyasiya trenajorlarında təlim keçir və zirehli texnikanın idarə edilməsi bacarıqlarını artırırlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər