26 Dekabr 2020 14:29
327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişikliklərlə bağlı qanunu imzalayıb.

Teleqraf.com xəbər verir ki, dəyişikliklə qanunun qüvvədə olma müddətinin 5 aprel 2021-ci il tarixinə qədər artırılıb.

Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər