29 Dekabr 2020 11:57
480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müharibə və ya terror hərəkətləri insan hüquqları çərçivəsinin dağılacağı nöqtəyə qədər ona meydan oxuyur.

İnsan həyatı qəsdən hədəf alındıqda və ya dolayısı ilə xəstəlik, zülm, evlərin dağıdılması və ölümə gətirib çıxaran kütləvi bombalama kampaniyalarının gedişində “ikinci dərəcəli zərər” kimi baxıldıqda, insan hüquqları üçün hər hansı bir yer görmək çətindir. Müharibə dövründə, xüsusilə illər boyu davam edən müharibələr zamanı hər bir insan hüquqi mənfi təsirlərə məruz qalır. Səhiyyə sistemləri dağılır, təhsilə zərbə vurulur, ev, iş, ərzaq və su təchizatı, hüquqi sistemdə problemlər yaşanır. Müasir münaqişələrdə qadın olmaq əsgər olmaqdan daha qorxuludur.

BMT-nin Qadınlar Təşkilatı hesab edir ki, müasir münaqişələrdə itkilərin əksəriyyəti, 90% – dən çoxu qadın və uşaqlar olan mülki şəxslərdir. Terrorizm hər kəsin istifadə etməyə hazır olduğu terminlərdən biridir, lakin heç kim dəqiq bir təriflə razılaşmır. Hətta ekspertlər terminin necə tətbiq olunması barədə mübahisə etməyə davam edirlər və terrorizm anlayışının heç biri ümumi qəbul edilməyən 100-dən çox müxtəlif tərifi olduğu deyilir. 2011-ci ildə Nobel Sülh Mükafatı Ellen Johnson Sirleaf, Leymah Gbowee və Tawakkul Karmana “qadınların təhlükəsizliyi və qadınların hüquqları və onların sülh quruculuğu işində tam iştirak etməsi uğrunda apardıqları zorakı olmayan mübarizəyə görə” birgə verilmişdir.

SSRİ-nin süqutundan sonra terrora ən çox məruz qalan respublikalardan biri məhz Azərbaycandır. Erməni terror təşkilatlarının bir-birinin ardınca törətdikləri terror aktları zamanı uşaqdan tutmuş ahıl insanlara, hamilə qadınlara qədər xeyli sayda soydaşımız erməni terrorunun qurbanına çevrilmişdi. Müharibələr və silahlı qarşıdurmalar bu bölgələrdə yaşayan bütün insanların fiziki və psixi sağlamlığı, ictimai həyat və ətraf mühitin mühafizəsi üçün dağıdıcı nəticələrə səbəb olur. Müharibələr on illərlə davam edən səhiyyə nailiyyətlərinə zərbə vurur.

Gələcək nəsillər üçün fəlakətli nəticələr davam edə bilər. Hər bir səhiyyə infrastrukturuna dəyən zərbənin dərəcəsi, hər bir ölkədəki silahlı qarşıdurmanın şiddətindən asılı olaraq dəyişir. Müharibənin getdiyi bölgələrdə koronovirus infeksiyası daha da öldürücü zərbə vurur, həkimlər hər iki cəbhə arasında parçalanmalı olurlar. COVID-19 pandemiyası bəşəriyyətin həyatını böyük təhlükələr qarşısında qoyur. Pandemiya dövründə müharibənin də yaşanması əhalinin sağlamlığına, psixi-emosional vəziyyətinə təsir göstərən bir çox ağır vəziyyətlərin yaranmasına səbəb olur:

1) həyat üçün bənzəri olmayan təhlükə yaranır;

2) genişmiqyaslı karantin tədbirləri ilə yanaşı, hərbi vəziyyət insanların həyat tərzini də məhdudlaşdırır;

3) bir tərəfdən virusun inkubasion dövrünün, digər tərəfən müharibənin davametmə müddəti haqqında tam informasiyanın olmaması;

4) tibbi vasitələrin çatışmaması qorxusu;

5) ziddiyətli informasiya ilə zəngin davamsız informasiya mühitinin yaranması;

6) COVİD-19-un təsiri nəticəsində zəifləmiş iqtisadi vəziyyətin müharibə nəticəsində daha da ağırlaşması. Bütün dünyada viruslu pnevmoniya ölümün əsas səbəblərindən biri hesab edilir. Hamiləlik zamanı funksional qalıq həcmi, diafraqmanın artması və tənəffüs yoallarının selikli qişasının pdemi kimi fizoloji dəyişikliklər viruslu infeksiyalar qarşı orqanizm daha da həssas edir. Lakin hazırda COVİD-19 olan hamilə qadınların tədqiqinə həsr edilmiş çox az işlər vardır. Göstərilmişdir ki, COVİD-19- un hamil qadınlarda gedişatı hamilə olmayan qadınlardan çox fərqlənmir. Bununla yanaşı SARS-CoV-2-in hamilə qadınlardan uşaqlara şaquli ötürülməsi haqqında da göstəricilər yoxdur.

Tədqiqatın məqsədi Azərbaycan Respublikası ərazisində gedən 44 günlük Vətən müharibəsi zamanı COVİD-19 pandemiyasında virusa yoluxmuş hamilə qadınların hamiləliklərinin sonluqlarının təhlil edilməsidir. Gəncə Regional Perinatal Mərkəzin məlumatına əsasən, 11 hamilə qadın virusa yoluxub. Onlarda COVİD-19-a yoluxma 16, 20,24, 28, 35, 36, 37, 38 həftəlik hamiləliklər zamanı baş verib. 4 hamilə qadın xəstəxanada yatıb, 2 nəfər kesar olub, 1 nəfərdə doğuş olub. Digərləri isə müalicə alıb və sağalıblar. Bu günə qədər Gəncə regional xəstəxanasında 24 COVİD-19-a yoluxan hamilə olub, onlardan 5 Gəncədən, digərləri kənar rayonlardan gəlib. Ümumilikdə 4 doğuş olub, 4 kesar olub. 3 hamilə qadının vəziyyəti ağırlaşdığı üçün qanın saturasiya səviyyəsi və qanda CRP səviyyəsi nəzərə alınaraq, klinik tibbi mərkəzi göndərilib. Bu üç nəfərdən 2-si Mingəçevidən olub. Gəncədə bu 44 gün ərzində COVİD olmayan 10 nəfər vaxtından əvvəl doğuş olub. Bir nəfər 28-33 həftə, o biriləri 33-34 həftələr arası vaxtından əvvəl doğanlardır. Ümumi (aprel-noyabr) 24 qadından 11 nəfəri 44 günlük müharibə dövründə daxil olmuşdur, bu da 45,8%-i təşkil edir. Bu qadınlardan 7-də (63,6%) vaxtından əvvəl doğuş olmuşdur. Vaxtından əvvəl doğuş istər müharibə dövründə üstünlük təşkil etmişdir. Klinik tibbi mərkəzin doğuş şöbəsinə 44 günlük müharibə dövründə COVİD-19-a yoluxan 47 hamilə qadın daxil olmuşdur. 24 hamilə qadına müvafiq müalicə alaraq, hamiləliyi davam etdirilmək üçün əlverişli şərait yaradılmış və evə buraxılmışdır. Qalan 23 hamilə doğuşdan sonra uşaq və özü qənaətbəxş şəkildə evə göndərilmişdir. 23 hamilədən 13-də hamiləlik 38-40 həftələrində başa çataraq fizioloji doğuşlar olmuşdur. Digər 11 nəfərdə hamiləlik 23-37-ci həftələrdə sona yetmişdir. 3 nəfərdə keysəriyyə kəsiyi ilə doğuş aparılmışdır. Doğuş baş verən 23 hamilədən 11-də vaxtından əvvəl doğuş baş vermişdir. 1 saylı klinik tibbi mərkəzə iyuldan noyabra qədər cəmi 112 hamilə qadın daxil olmuşdur. Bunlardan iyulda vaxtından əvvəl doğuş 4 nəfərdə, vaxtında 10 nəfərdə, avqustda vaxtında 7 doğuş olub (vaxtından əvvəl olmayıb). Sentyabrda 6 vaxtından doğuş (vaxtından əvvəl olmayıb). Oktyabrda 2 vaxtından əvvəl doğuş, 8 vaxtında doğuş olub. Noyabrda 6 vaxtından əvvəl doğuş, 42 vaxtından doğuş olub. Bu qadınların böyük əksəriyyəti keysəriyyə kəsiyi əməliyyatı olunmuşdur. 112 hamilədən 78-də bu və ya digər şəkildə hamiləlik olmuşdur. 34-də isə hamiləlik düşüyü baş vermişdir. Onlar müalicə alıb, evə buraxılmışlar.

Müharibə getdiyi oktyabr – noyabr aylarında 8 doğuş vaxtından əvvəl baş vermişdir. 50 hamiləlik vaxtında doğuş ilə başa çatmışdır. Lakin bu doğuşlar zamanı müxtəlif ağırlaşmalar baş verdiyi üçün keysəriyyə kəsiyi ilə sona yetmişdir. İyul, avqust, sentyabr aylarında isə cəmi 10 vaxtından əvvəl doğuş olmuşdur. 112 hamilədən 58-i məhz müharibə dövründə COVİD-19 virusu ilə şöbəyə daxil olmuşdur. Bu da son 6 ayda daxil olanların 51,78%-ni təşkil edir. Ümumilikdə son 6 ayda 12 vaxtından əvvəl doğuş olmuşdur. Ümumilikdə 44 günlük müharibə ərzində COVİD-19-a yoluxmuş 116 hamilə qadın xəstəxanalara daxil olmuşdur. Bu qadınlarda vaxtından əvvəl doğuşlar üstünlük təşkil edib.

Tibb üzrə fəlsəfə doktoru, dosent, cərrah mama-ginekoloq Təhməzi Xəyalə


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər