30 Dekabr 2020 11:37
621
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycana gətiriləcək vaksin və onun şprisləri 2 il müddətində əlavə dəyər vergisindən azad olunacaq.

Teleqraf.com-un məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Deputatlar bu dəyişikliyi təqdirəlayiq hesab ediblər. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Müəllif: Teleqraf.com