Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC bayram günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə Teleqraf.com-a nazirlikdən bildirilib.
Məlumata görə, Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi, 36 ünvanındakı 1 saylı “Şəbəkə” Xidmət Mərkəzi saat 09:00-dan 18:00-a qədər, paytaxtda, eləcə də Sumqayıt, Cəlilabad, Zaqatala və Ağdaşda yerləşən digər “Şəbəkə” xidmət mərkəzləri isə saat 09:00-dan 17:00-a qədər vətəndaşlara xidmət göstərəcək.
Eyni zamanda paytaxtdakı 1 saylı poçt filialının 1,7,10,33,66, 2 saylı poçt filialının 9, 102, 111, 117, 3 saylı poçt filialının 2(MXŞ), 34, 40, 104, 118, 119, 123, 132, 133, 142, 149, 4 saylı poçt filialının 39, 42, 45, 77, 89, 90, 156, 5 saylı poçt filialının 63 (MXŞ), 3, 21, 80, 81, 83, 6 saylı poçt filialının 72(MXŞ), 8, 29, 52, 53, 54, 114, 115, 130, 170 saylı poçt şöbələri, eləcə də regionlardakı mərkəzi xidmət şöbələri 09:00-dan 17:00-a qədər işləyəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin ünvanı üzrə çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.