Şəmkir Rayon İcra Hakimiyətində yeni təyinat olub.
Teleqraf.com xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən, Seyidov Elgün Sahib oğlu İH Aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
Qeyd edək ki, E. Seyidov 03 oktyabr 1987-ci ildə Şəmkir rayonu Dəllər Cəyir kəndində dünyaya gəlib. Xəzər Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin jurnalistika ixtisasını bitirib.
33 yaşlı gənc daha öncə Şəmkir Rayon İcra Hakimiyyəti başçısı aparatında İnformasiya təminatı və təhlili sektorunun müdiri vəzifəsində çalışıb.
Ailəlidir, bir övladı var.