Ölkədə tətbiq edilən sərtkarantin rejimi müddətində “Nar” abunəçiləri evdən çıxmadan mobil hesablarını “Nar+” tətbiqi ilə müstəqil idarə edə bilərlər.
Belə ki, tətbiq vasitəsilə abunəçilərizahlı qaiməni dərhal ve rahatlıqla əldə edə, balansını artıra və yoxlaya, hesabına nəzarət edə, ən uyğun tarifə qoşula, mövcud tarifi dəyişə, yeni internet paketi sifariş edəbilərlər.
Tətbiqeyni anda vahid platforma üzərindən bir kliklə 5-dək hesabı idarə etməyə də imkan verir. Bundan başqa “Nar+” tətbiqinin onlayn çat xidməti müştəri xidməti funksiyasını yerinə yetirərək bütün sorğuları operativ şəkildə cavablandırır.
Qeyd edək ki, “Nar+” tətbiqini AppStore və PlayStore-dan yükləmək mümkündür. Tətbiq haqqında daha ətraflı məlumatı https://www.nar.az/plus/ səhifəsindən əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.