Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 212 nəfər dünyasını dəyişib.
Teleqraf.com xəbər verir ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz açıqlamasında bildirib ki, son 24 saatda simptomları müəyyən edilməyənlərlə birlikdə 12 203 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.
Bu gün sağalan xəstə sayı 14 110, ağır xəstə sayı isə 3891 nəfər olub.