22 Oktyabr 2014 12:15
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən işsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kursları təşkil olunur.

Bu barədə Teleqraf.com-a ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Cari ilin yanvar-sentyabr aylarında DMX orqanları tərəfindən Bakıda, həmçinin respublikanın rayon və şəhərlərində dərzi, kompyuter istifadəçisi, kompyuterçi-dizayner, bərbər, qaynaqçı, tikişçi, qənnadçı və s. peşələr üzrə 168 peşə hazırlığı kursu təşkil edilib. Onlardan 11-i modul, qalanları ənənəvi təlim proqramları əsasında və təcrübəli peşə təlimi mütəxəssisləri tərəfindən aparılıb. Kurslara ümumilikdə 2982 nəfər işsiz və işaxtaran vətəndaş cəlb olunub.

Naibə


Müəllif:

Oxşar xəbərlər