Milli Televiziya və Radio Şurasının üzvü Mübariz Elyazov vəfat edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə MTRŞ məlumat yayıb.
Qeyd olunub ki, Milli Televiziya və Radio Şurasının üzvü Elyazov Mübariz Elyaz oğlu COVİD-19 infeksiyasından 20 gündən çöx müalicə olunduğu xəstəxanada vəfat edib. Həkimlərin bütün səylərinə, aparılan müalicələrə, uzun zaman süni tənəffüs aparatına qoşulmasına baxmayaraq, MTRŞ üzvü dünyasını dəyişib.