Vaqif poeziya günlərini ədəbiyyat bayramı kimi Şuşada keçirəcəyik.
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar Rzayev deyib.
AYB sədrinin sözlərinə görə, Vaqif günləri keçirilənə qədər Şuşada Molla Pənah Vaqifin məqbərəsi bərpa olunacaq:
"Vaqif günlərini onun məqbərəsi qarşısında keçirmək planlaşdırılır. Prezident bununla bağlı yeni sərəncam verdiyi üçün məsələni müzakirə etməliyik. Ümumiyyətlə, bu haqda geniş danışmaq hələ tezdir. Vaqif poeziya günlərinin vaxtı da təyin edilməyib".