Fövqəladə Hallar Nazirliyi Şimal-qərb Regional Mərkəzinin əməkdaşları təhsil müəssisələrində maarifləndirmə tədbirləri keçiriblər.
Teleqraf.com xəbər verir ki, Balakən rayon 2 nömrəli və Şəki şəhər 6 nömrəli tam orta məktəblərində “Təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda tədbir keçiriblər.
Tədbirdə mərkəzlərin əməkdaşları “Fövqəladə hal anlayışı”, “Fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu”, “Ərazi üçün xarakterik olan təbii fəlakətlər”, “Əhalinin fövqəladə hallarda qorunması”, “Mülki müdafiə”, “Yanğın, partlayış”, “Zəhərlənmə təhlükəsindən necə mühafizə olunmalı?”, “Dəm qazından zəhərlənmənin profilaktikası”, “Texnogen qəzalar”, “Fövqəladə hallar zamanı əhalinin təxliyə olunması”, “112 qaynar telefon xəttinə hansı hallarda müraciət etmək olar?” və sair mövzular haqqında geniş məlumat veriblər.
Çıxışlardan sonra zəlzələ vaxtı davranış qaydaları haqqında video-çarx nümayiş olunub, dinləyicilərlə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Sonda mövzularla bağlı şagirdləri maraqlandıran suallar cavablandırılıb.
İLHAMƏ