6 Yanvar 2021 19:33
527
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsində şəhid olmuş 18 yaşlı Sabirabad rayonunun Poladtoğay kənd sakini əsgər Əhmədli Əhməd Anar oğlu dəfn edilib.

Teleqraf.com xəbər verir ki, şəhid doğulduğu kəndin qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rayon rəsmiləri, sakinlər və şəhidin yaxınları iştirak ediblər.

Qeyd edək ki, Vətən müharibəsində itkin düşmüş hesab edilən Ə.Əhmədlinin meyiti dünən tapılıb.

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər