Bu gün Sumqayıt şəhəri Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində “ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanın mədəni irsinin qorunması və inkişafına dəstək” adlı layihəsinin yekun təqdimatını keçirib.
Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, təşkilatın rəhbəri İradə Yaqubova layihə haqqında ətraflı məlumat verərək bildirib ki, bu, 2011-ci ilin fevral ayından davamlı şəkildə həyata keçirilən fəaliyyətin, o cümlədən 2013-cü il iyunun 1-dən Şuranın maliyyə dəstəyi ilə “Gənc nəslin mədəni-mənəvi inkişafının dəstəklənməsi” layihəsi çərçivəsində keçirilən “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin yekunudur:
“Belə ki, Azərbaycanın tarixində ilk dəfə olaraq “ELS” Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən keçirilmiş “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsinin qalib mahnılarından ibarət disklərin buraxılışı və notların dərci reallaşdırılmışdır və artıq uşaqlarla işləyən peşəkarlar yeni mahnılar və onların notlarından istifadə edə biləcəklər.
Qeyd edək ki, Sumqayıt şəhər uşaq bağçalarına təqdim olunan not albomunda “Yeni uşaq mahnıları-2013” Ümumrespublika Müsabiqəsində ilk 15 yeri tutan mahnıların mətnləri və notları yer alıb.
BƏXTİYAR