“Prokurorluq orqanlarının fəaliyyətinin dövlət səviyyəsində yüksək qiymətləndirilib”.
Teleqraf.com xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev bu gün keçirilən müşavirədə bildirib.
Qeyd edib ki, ölkə başçısının Sərəncamı ilə xidməti vəzifələrinin yerinə yetirilməsində fərqləndiklərinə görə prokurorluq orqanlarının 38 əməkdaşının yüksək dövlət mükafatları ilə təltif edilməsinin kollektivin böyük sevincinə səbəb olub:
Baş prokuror münasibətlə cənab İlham Əliyevə prokurorluq işçiləri adından dərin minnətdarlıq bildirdiyini, gündəlik fəaliyyətin daha yüksək tələblər səviyyəsində qurulacağına əminlik ifadə edib.