Quba şəhərində "Alma bayramı"na həsr edilmiş tədbir keçirilib. Bayram tədbirində Kənd Təəsərrüfatı Nazirinin müavini İlham Quliyev, Milli Məclisin deputatları, mərkəzi icra hakimiyyəti orqanlarının məsul işçiləri, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri, qonşu rayonların icra hakimiyyəti başçıları, idarə rəhbərləri, bölgə fermerləri, eləcə də rayon ictimaiyyəti, ümumilikdə 30-dan çox xarici ölkədən 100 nəfər nümayəndə iştrirak edib.
Tədbirdə Quba rayonunda yetişdirilən müxtəlif növ yerli və xarici alma sortları və digər meyvə sortları nümayiş etdirilib. Şimal bölgəsində yaşayan azsaylı xalqlarln nümayəndələri öz adət-ənənələrini əks etdirən kompozisiyalarla çıxış ediblər.
"Alma Bayramı"nın şərəfinə Quba küçələri ilə içərisi alma ilə dolu maşın karvanları da hərəkət etməsi, bayrama tamaşa etməyə gələn qonaqlarda xoş ovqat yaradib.
Tədbir Quba rayonundakı Yaşıl teatrda keçirilən konsert proqramı ilə davam etdirilib.
NİGAR