14 Yanvar 2021 19:08
292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin ikinci böyük şəhərində vaksinasiya üçün xüsusi otaqlar iki tibb müəssisəsində yaradılıb.

Teleqraf.com xəbər verir ki, Abbas Səhət adına 1 saylı və 2 saylı poliklinakaıarda vətəndaşların peyvənd olunması prossesi həyata keçiriləcək.

Hər iki tibb müəssisəində 5 otaq olmaqlla ümumilikdə 10 ayrıca otaqlar hazırlanıb.Artıq peyvənd prossesinin necə təşkili ilə bağlı bütün lazımı tədbirlər hazırlanıb.

Vaksinasiyadan sonra halı pisləşə və ya allergik reaksiya verə biləcək xəstələr üçün də xüsusi otaq yaradılıb. Söhbət təcili yardım otaqlarından gedir.

Təcili tibbi yardıma ehtiyac duyacaq vətəndaşlar üçün yardım vaistələri sırasında şok əleyhinə dərmanlar da var. Bu otaqlarda gün ərzində 100 - xəstənin peyvənd edilməsi mümkündür.

Vaksinasiya tədbirləri tək dövlət müəssislərində həyata keçirilməyəcək. İlkin məlumata görə özəl tibb ocaqlarında da xüsusi peyvənd otaqları yaradılcaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər