15 Yanvar 2021 00:25
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsində itkin düşmüş 28 yaşlı baş leytenant Abdullazadə Həsənağa Şakir oğlunun şəhid olduğu məlum olub.

Teleqraf.com xəbər verir ki, Həsənağa Abdullazadə 3 ay idi ki, itkin hesab edilirdi.

Onun bu gün şəhid olduğu müəyyənləşib. Şəhid II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Həsənağa Abdullazadə 1993-ci ildə Lənkəran şəhərində doğulub. Ailəli idi.

Ailəsi onunla sonuncu dəfə oktyabrın 1-də danışıb.

O, Vətən müharibəsində itkin düşən 64 hərbçidən biri idi.

Allah rəhmət eləsin!


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər