“Hirkan Milli Parkının Astara rayonu ərazisində yerləşən Şindan meşəbəyliyində ötən gündən başlayan yanğının qarşısı gecəyə nisbətən alınıb”.
Teleqraf.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.
O qeyd edib ki, küləkli hava şəraiti və relyefin çətinliyi baxımından yanğının söndürülməsində çətinlik yaradır:
“Bu gün üçün ərazidə külək azalsa da, yanğın hələ də davam edir. Yanğının söndürülməsi üçün əraziyə kömək məqsədilə bir qrup nümayəndə göndərilib”.