Vaksinlərin alınması Koronavirusla Mübarizə Fonduna toplanmış vəsait hesabına həyata keçirilir.
Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqdə deyib.
O qeyd edib ki, vaksinasiyanın aparılması isə dövlət büdcəsinə toplanmış vəsait hesabına həyata keçiriləcəkdir.