16 Yanvar 2021 11:57
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pandemiyanın bitməsi vaksinasiyadan başqa yolla olmayacaq.

Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

O qeyd edib ki, pandemiyanın bitməsi üçün vaksinasiyaya cəlb olunmaq mütləqdir:

"Ümid edirəm ki, vətəndaş olaraq hər birimiz prosesə qoşulacağıq. Bununla da pandemiayaya son qoyulacaq və Azərbaycan bu mübarizədən qalib ayrılacaq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər