16 Yanvar 20:51

Ötən il ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən, 110,7 min ton ilkin formalarda polietilen ixrac edib.

Teleqraf.com-un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə məhsulun dəyəri 77,721 mln ABŞ dolları təşkil edib.

Ötən il ərzində polietilenin qeyri-neft sektoru üzrə ixracda payı 4,2 % olub.

Qeyd edək ki, Azərbaycanda aşağı və yüksək sıxlıqlı polietilen istehsal edilir. Aşağı sıxlıqlı polietilen Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda, yüksək sıxlıqlı polietilen isə “SOCAR Polymer” MMC-nin ötən ilin fevralında istismara verilmiş eyni adlı zavodunda istehsal edilir.


Müəllif: Teleqraf.com