16 Yanvar 20:26

Bakı şəhəri, Sabunçu rayonunun Zabrat qəsəbəsində qamışlıq ərazidə yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub. Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com