17 Yanvar 00:32

Bakı şəhərinin Suraxanı rayonunda yanğın olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, rayonda ümumi sahəsi 70 m² olan dəmir konstruksiyadan ibarət tikilinin taxta üzlüyü və içərisindəki əşyalar yanıb. Yaxınlıqdakı tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com