17 Yanvar 2021 22:09
345
12 Punto 14 Punto 16 Punto 18 Punto

İndi hamımız ümumi səylərimizlə bu yerləri bərpa etməliyik.

Teleqraf.com xəbər verir ki, bu sözləri yanvarın 17-də jurnalistlərə müsahibəsində Ağdam şəhərinin dağıntıları ilə tanış olan TÜRKSOY-un baş katibi Düsen Kaseinov deyib.

Ermənilərin Ağdam Cümə məscidində törətdikləri vandalizmi görən Düsen Kaseinov deyib: "Bu, bütün bəşəriyyətə qarşıdır. Çünki dini abidələrin dağıdılması xalqın, dinin təhqir olunmasıdır. Deməli, bütün bəşəriyyətin təhqir olunmasıdır".

TÜRKSOY-un baş katibi bildirib ki, quraqlıqdan sonra münbit torpaqlar yağış gözlədiyi kimi, bu torpaqlar da mədəniyyətin, incəsənətin buraya qayıtmasını gözləyir: “Azərbaycan xalqı, türk xalqlarının görkəmli nümayəndələri tərəfindən yaradılmış abidələr, memarlıq əsərləri yenidən bərpa olunsun və bu mübarək torpaq yenidən canlansın. Ümumi mədəniyyətimizin dirçəlişi buraya gəlsin”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

Bizi sosial şəbəkələrdə izləyin


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər