Vətən Müharibəsi dövründə susan müxalif AXCP sədri Əli Kərimli bir neçə gündür cəsarətlənib. Bu gün isə Ermənistanın kapitulyasiya etmədiyini iddia edir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat qeyd edib ki, elə Ermənistan da bunu deyir: “İkisi də Böyük Zəfərə kölgə salmağa, qələbəmizin əhəmiyyətini azaltmağa çalışırlar. Çalışsın, amma partiyasının adındakı “Azərbaycan” sözünü götürsün”.